send link to app

Adam.az


4.2 ( 3952 ratings )
Здоровье и фитнес Медицина
Разработчик Adam.az MMC
бесплатно

Səhiyyə və texnologiya sahəsində Azərbaycanlı mütəxəssislər tərəfindən illərdir infrastrukturu inkişaf etdirilən bu yeni platforma 2022-ci ildə Adam.az adı altında fəaliyyətə başlayıb. İnkişaf etməkdə olan tibbi texnologiyaları insan sağlamlığına daha rahat nəzarəti təmin edə bilən informasiya sistemləri ilə birləşdirərək bütün səhiyyə ekosistemini daha insan mərkəzli etməyi hədəfləyir. ADAM xüsusi ilə son illərdə hər sahədə fərqli yeniliklər baş verən dünyada, tibbi cihazların sürətli inkişafı ilə insanların sağlamlıqlarına daha rahat çatmaqlarını planlayır. Bu platforma xəstəxana və randevularda vaxt itkisini azaldaraq, səhiyyə ocaqları ilə xəstə arasındakı məsafələri qısaldır. Həmçinin tibbi xidmətlərə əlçatanlığı asanlaşdırmaqla insanların gündəlik həyatını daha sağlam hala gətirərək, həyat keyfiyyəti və rahatlığın artdığı bir dünya üçün səy göstərir.Həkim, tibb bacısı, xəstə baxıcısı və sahə həkimlərindən ibarət olan geniş personalı və Azərbaycanın ən yaxşı səhiyyə müəssisələri ilə etdiyi əməkdaşlıqları sayəsində səhiyyə xidmətlərini insan həyatının mərkəzinə gətirməyə davam edir.